• Bakı C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Səhiyyə naziri fransızları maska taxmağa ÇAĞIRDI

DÜNYA

19 Dekabr 2025 | 19:10

Səhiyyə naziri fransızları maska taxmağa ÇAĞIRDI

Fransada mövsümi qrip yayılıb. BFMTV kanalına müsahibəsində bu məsələyə diqqət çəkən ölkənin səhiyyə naziri Stefani Rist əhalini maskadan istifadə etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, səhiyyə orqanlarının son məlumatlarına əsasən, virus Fransanın bütün bölgələrində sürətlə yayılılb. Ölkənin səhiyyə naziri vəziyyətin “adi mövsümi göstəricilər çərçivəsində” olduğunu desə də, risk qrupuna daxil olan şəxsləri – 65 yaşdan yuxarıları, hamilə qadınları və immun sistemi zəif olanları tez bir zamanda peyvənd olunmağa çağırıb.

Nazir virusun “K alt-kladı” adlanan daha davamlı yeni variantın yayılmasına da toxunaraq qeyd edib ki, hər il fərqli variantlar ortaya çıxır və mövcud peyvəndlər bütün bunlara qarşı təsirlidir.

BFMTV-nin məlumatına görə, bu il Fransada 11,4 milyon doza qrip peyvəndi paylanıb ki, bu da ötən illə müqayisədə 15,6 faiz artım deməkdir. O da qeyd olunur ki, Covid-19 və bronxiolit kimi digər virusların da aktivləşdiyi qış mövsümündə Fransa səhiyyə sisteminin yükünün artacağı istisna edilmir.


SON XƏBƏRLƏR