• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

TƏBİB 66 min göndərişi əlillik altsisteminə inteqrasiya edib

CƏMİYYƏT

19 Dekabr 2025 | 13:13

TƏBİB 66 min göndərişi əlillik altsisteminə inteqrasiya edib

“66 mindən çox göndəriş TƏBİB tərəfindən təsdiqlənərək əlillik altsisteminə ötürülüb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

O bildirib ki, əlavə olaraq 66 362 göndəriş TƏBİB tərəfindən təsdiqlənərək əlillik altsisteminə ötürülüb:

İcraçı direktor qeyd edib ki, 2025-ci ilin 11 ayı ərzində tibb müəssisələrindən 72 718 göndəriş “e-TABİB” Xəstəxana İdarəetmə Sisteminin “Forma-088” moduluna daxil edilib və imzalanıb”.
  
“Əlilliyi olan şəxslərin göndərişlərin (“Forma-088”) yazılmasında şəffaflığın və operativliyin təmin olunması məqsədilə instrumental və laborator müayinələrin nəticələrinin “Forma 088” moduluna avtomatik olaraq inteqrasiya edilməsi təmin edilib”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR