• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Ağdərənin Vəngli kəndində qaz xətləri 300 evi əhatə edəcək

CƏMİYYƏT

19 Dekabr 2025 | 13:42

Ağdərənin Vəngli kəndində qaz xətləri 300 evi əhatə edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi işğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndində qazlaşdırma işlərini davam etdirir.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bunu İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin iş icraçısı Ələddin Aşıralıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, kənd ərazisində nəzərdə tutulan 15 min poqonmetr qaz xəttinin artıq 12 min poqonmetri çəkilib:

"Eyni zamanda 130 fərdi yaşayış evinə qaz sayğacları quraşdırılıb və mavi yanacaqla təmin edilib. İlin sonunadək daha 26 evin təbii qazla təmin olunması planlaşdırılır. Müxtəlif diametrli borularla çəkilən qaz xətləri ümumilikdə 300 ev üçün nəzərdə tutulub".


SON XƏBƏRLƏR