Ağstafa rayonunda üç azyaşlı uşağın ataları tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı daxil olmuş məlumat əsasında məsələ dərhal nəzarətə götürülüb. Bununla əlaqədar olaraq, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən ailəyə baxış keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, Komitə tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, hazırda azyaşlı uşaqların təhlükəsizliyi təmin olunub, onlar müvafiq tibbi yardım göstərilməsi məqsədilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Eyni zamanda, aidiyyəti qurumlar tərəfindən uşaqların mövcud vəziyyəti qiymətləndirildikdən sonra azyaşlıların mənafeyinin təmin edilməsi məqsədilə müvafiq müəssisəyə yerləşdirilməsi istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Bakı 




