Biləsuvar şəhərinin bir hissəsinə qazın verilişi bərpa edilib.
Bakıvaxtı.az xəbər verir ki, problem aradan qaldırılıb.
Qeyd edək ki, bu gün şəhərin H.Əliyev prospekti istiqamətindəki qaz xəttində baş verən sızma nəticəsində rayon mərkəzinin bir hissəsi qazsız qalmışdı.
***
17:11
Biləsuvar şəhərində qaz xəttində sızma olub, rayon mərkəzinin bir hissəsi qazsız qalıb.
Bakıvaxtı.az xəbər verir ki, sızma şəhərin H.Əliyev prospekti istiqamətində yerləşən xətlərdən birində qeydə alınıb.
Nəticədə şəhərin bir hissəsinin qaz təchizatı dayandırılıb.
Hazırda həmin ərazidəki xətdə təmir-bərpa işləri aparılır.
Bakı 




