• Bakı C

    19.42 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

TƏBİB: Regionlardakı həkimlərin maaşları daha yüksəkdir

CƏMİYYƏT

19 Dekabr 2025 | 14:02

TƏBİB: Regionlardakı həkimlərin maaşları daha yüksəkdir

Hazırda regionlarda fəaliyyət göstərən həkimlərin maaşı şəhərdəki həkimlərin maaşlarından daha yüksəkdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablayarkən deyib.

Direktorun sözlərinə görə, 65 yaşdan yuxarı regionlarda fəaliyyət göstərən həkimlər əsasən doğulduqları və böyüdükləri yerlərə qayıdaraq həmin bölgələrdə tibb xidmətlərinin təşkilinə kömək etmək istəyən şəxslərdir:

“Lakin bununla belə, həkim çatışmazlığı məsələsi hələ də aktualdır.

İdeal şəraitdə fəaliyyət göstərən məntəqələr və modul tibb müəssisələrində həkim olmadan xidmətin düzgün qurulması mümkün deyil. Buna görə də həkimlərin regionlara göndərilməsi sistemli şəkildə həyata keçirilir. Bakı şəhəri və Bakı-Sumqayıt bölgəsindəki klinikalarla müqavilələr əsasında, həmçinin region xəstəxanalarına təhkim olunmaqla xidmətlər növbəli şəkildə təmin edilir.

Gələcəkdə də bu sistem davam etdiriləcək və regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün tədbirlər görüləcək”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

03 Fevral 2026