• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Ölkədə 3500-dən çox vərəmli xəstə qeydiyyatdadır

CƏMİYYƏT

19 Dekabr 2025 | 12:58

Ölkədə 3500-dən çox vərəmli xəstə qeydiyyatdadır

“Ölkə üzrə ilkin vərəmli xəstələrin sayı - 1 875 nəfər,  təkrar vərəmli xəstələrin sayı - 1 647 nəfərdir. Beləliklə, cəmi 3 522 nəfər 2025-ci ilin 11 ayı üzrə dispanser qeydiyyatına alınıb, onlardan isə 579 nəfər dərmana davamlı xəstələrdir”.
 
Bakıvaxtı.az
xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

Onun sözlərinə görə, 2025-ci ildə TƏBİB tabeliyində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiyasının optimallaşdırılması, əhali arasında vərəm və digər ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin artırılması məqsədilə Ağciyər Xəstəlikləri Mərkəzi təsis edilib. Mərkəz müvafiq dərman vasitələri, tibbi ləvazimat və zəruri avadanlıqlarla təmin olunaraq fəaliyyətə başlayıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR