Yeni il yaxınlaşır. Elə bayram yaxınlaşdıqca insanlar şam ağacı almağa tələsirlər.
Bəs insanlar şam ağacları alarkən nələrə diqqət etməlidirlər?
Bakıvaxtı.az Milli.Az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, alıcılar uzun ömürlü və rahat yığılan modellərə üstünlük verirlər:
"Şam ağacları həm ölçüləri, həm də materialına görə fərqlənir. Qiymət şam ağaclarının görünüşü ilə yanaşı funksionallığına görə dəyişir. Satışda 20 manatdan 2000 manata qədər növlərinə rast gəlinir.
Təzə çıxan modelləri yumaq da olar. Əsas olan onun saxlanılma qaydasıdır. Uzun ömürlü olması da elə bundan asılıdır".
Mütəxəssislər illərlə təmizlənməyən və qutularda saxlanılan şam ağaclarının sağlamlıq üçün təhlükəli olduğunu bildiriblər.
Dermatoloq Kənan Əhmədovun sözlərinə görə, mənşəyi məlum olmayan materialdan hazırlanmış oyuncaqlar alergiyaya meyilli həssas dərili insanlarda xəstəlik yarada bilər:
"Dəridə səpgilər, qızartılar və həddən artıq qaşınmalar ola bilər ki, bu da xəstəliyin ilkin göstəricisi hesab etmək olar. Bunun nəticəsində proses daha da irəliləyərək daha ağır fəsadlara səbəb ola bilər. Belə olan halda mütləq şəkildə dermatoloqa müraciət edilməlidir".
Bakı 




