“Qlobal cərrahiyyə - 2030” layihəsi ölkəmizdə, xüsusilə regionlarda cərrahi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində müasir cərrahi yanaşmaların tətbiqi, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması əsas prioritetlərdəndir:
V.Qurbanov bildirib ki, eyni zamanda layihə səhiyyə sistemində dayanıqlı inkişafı və insan resurslarının peşəkar inkişafını dəstəkləyir.
"Yaxın günlərdə Yeni Klinikada robotik cərrahiyyəyə də başlanılacaq. Artıq hazırlıq prosesi tamamlanmaq üzrədir”, - deyə Vüqar .Qurbaniov qeyd edib.
Zeynəb Rzayeva
Bakı 




