• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Ukrayna Rusiyanın Aralıq dənizindəki "kölgə donanması"na aid tankeri vurdu

DÜNYA

19 Dekabr 2025 | 15:30

Ukrayna Rusiyanın Aralıq dənizindəki kölgə donanmasına aid tankeri vurdu

Ukraynanın Təhlükəsizlik Xidməti ilk dəfə Aralıq dənizinin neytral sularında Rusiyanın “kölgə donanması”na məxsus tankeri pilotsuz uçuş aparatları ilə vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, çoxmərhələli əməliyyat nəticəsində Ukraynadan 2 min kilometrdən artıq məsafədə, Aralıq dənizinin neytral sularında “QENDIL” adlı, Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən tanker PUA-lar ilə vurulub. Bildirilir ki, tanker kritik zədələr alıb və artıq təyinatı üzrə istifadə edilə bilinməyəcək.
 


SON XƏBƏRLƏR