“TƏBİB-in tabeliyindəki 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində və Respublika Dəri-Zöhrəvi Mərkəzində ümumilikdə 849 nəfər ixtioz, 103 nəfər isə bullyoz epidermoliz xəstəsi dispanser qeydiyyatındadır”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
İcraçı direktor bildirib ki, 2025-ci ildən etibarən icbari tibbi sığorta tərəfindən ixtioz və bullyoz epidermoliz xəstəliklərinin dərman, sarğı və baxım materialları ilə təminatına başlanıb:
"Yaraların sağalma müddətinin qısalmasına, ağrı və infeksiya riskinin azalmasına, eyni zamanda gündəlik həyat keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verən kifayət qədər dəyəri yüksək olan “Filsuvez” preparatının tətbiqinə başlanılıb”.
Zeynəb Rzayeva
Bakı 




