• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

TƏBİB gələn il ilə bağlı hədəflərini açıqladı

CƏMİYYƏT

19 Dekabr 2025 | 13:33

TƏBİB gələn il ilə bağlı hədəflərini açıqladı

“2026-cı ildə səhiyyə sisteminin daha keyfiyyətli, əlçatan və dayanıqlı qurulmasına yönəlmiş aydın strateji hədəflər əsasında davam etdiriləcək”.
 
Bakıvaxtı.az
xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

İcraçı direktor gələcək hədəfləri açıqlayıb:
 
“Əsas prioritetimiz tibbi xidmətlərin keyfiyyətinin və pasiyent təhlükəsizliyinin yüksəldilməsi olacaq. Bu çərçivədə klinik protokolların icrası gücləndiriləcək, ana və uşaq sağlamlığı üzrə risklərin azaldılması, infeksiyaların və ağırlaşmaların minimuma endirilməsi əsas diqqət mərkəzində saxlanılacaq. Səhiyyə xidmətlərinin idarə olunması nəticəyönümlü keyfiyyət indikatorları əsasında aparılacaqdır.
 
Eyni zamanda ilkin səhiyyənin və profilaktik yanaşmaların gücləndirilməsi davam etdiriləcək. Ailə həkimliyi və ilkin tibbi-sanitariya yardımının rolu artırılacaq, erkən müraciətlərin təşviqi, skrininq proqramlarının genişləndirilməsi və risk qrupları üzrə nəzarətin gücləndirilməsi əsas istiqamətlərdən biri olacaqdır”.
 
V.Qurbanov əlavə edib ki, regionlarda tibbi xidmətlərə əlçatanlığın artırılması da prioritet olaraq qalacaq:
 
“İxtisaslaşmış tibbi xidmətlərin regionlarda əlçatan olması davam etdiriləcək, kadr çatışmazlığının azaldılması üçün məqsədyönlü tədbirlər görüləcəkdir. Bununla paralel olaraq, infrastrukturun və maddi-texniki bazanın modernləşdirilməsi, əsaslı təmir və yenidənqurma işləri, modul tipli tibb obyektlərinin tətbiqi və avadanlıqların mərhələli yenilənməsi davam etdiriləcək.
 
İcraçı direktor vurğulayıb ki, rəqəmsal səhiyyə və idarəetmənin gücləndirilməsi 2026-cı ilin əsas istiqamətlərindən biri olacaq:
 
“Tibbi turizm üzrə hədəf ölkələrlə sistemli əməkdaşlığın qurulması və genişləndirilməsi, yerli tibb müəssisələrinin tibbi turizm çərçivəsində xidmət göstərməsi üçün institusional və təşkilati hazırlıqların aparılması də növbəti ilin hədəflərindəndir.  Bildirməliyəm ki, 2025-ci il ərzində tibbi turizmin sistemli və dayanıqlı inkişafı məqsədilə bir sıra strateji addımlar atılıb. Bu istiqamətdə tibbi turizm strategiyası hazırlanıb, hədəf bazarlar müəyyən edilib, tibbi turistlər üçün prioritet xidmətlər seçilib, beynəlxalq sərgilərdə iştirak etməklə tibbi turizm imkanlarının tanıdılması həyata keçirilib.
 
Növbəti ildə icbari tibbi sığorta çərçivəsində xidmətlərin səmərəliliyi və şəffaflığı daha da gücləndiriləcək, göndəriş və növbə mexanizmlərinin optimallaşdırılması hesabına vətəndaşların gözləmə müddəti azaldılacaqdır”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR