• Bakı C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Tibb sahəsində korrupsiya hüquqpozmaları azalıb

CƏMİYYƏT

19 Dekabr 2025 | 13:27

Tibb sahəsində korrupsiya hüquqpozmaları azalıb

“2025-ci ildə korrupsiya hüquqpozmaları 24,2 % azalıb. 1 yanvar-30 noyabr tarixləri ərzində 392 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub”.
 
Bakıvaxtı.az
xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
 
Onun sözlərinə görə, bunlardan 26-sı təsdiqini tapıb (7%), 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

"2024-cü ilin anoloji dövrü üzrə 517 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub, bunlardan 23-ü təsdiqini tapıb (4%), 33 əməkdaş intizam məsuliyyətinə cəlb edilib”, - deyə Vüqar Qurbanov əlavə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR