Quba şəhərinin Bayraq Meydanında dirəkdən yıxılan şəxs xəsarət alıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Quba rayon sakini Pərviz Mütəlimov dirəkdə asılan bayrağı dəyişərkən təhlükəsizlik kəməri qırılıb. Nəticədə o, dirəyin beton hissəsinin üzərinə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.
Əraziyə FHN-in xilasetmə qüvvələri, təcili yardım cəlb edilib. Pərviz Mütəllimov Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




