• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fətullah Gülənin qardaşı oğlu saxlanıldı

DÜNYA

19 Dekabr 2025 | 14:31 | Müəllif: Qalib İbrahimoğlu

Fətullah Gülənin qardaşı oğlu saxlanıldı

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları və Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı əməliyyat keçirib. 

Bakıvaxtı.az xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, FETÖ çərçivəsində "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda olan, "Bank Asya" hesablarında artım müşahidə olunan və iddia edilən görüşlərdə iştirak etdiyi aşkarlanan Salih Gülənin (FETÖ lideri Fətullah Gülənin qardaşı) oğlu Yasir Gülen İstanbuldadır.

Texniki və fiziki müşahidədən sonra qruplar şübhəlinin Ümraniyedə gizləndiyi yeri taparaq onu saxlayıblar. 

Qeyd edək ki, FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən 21.10.2024-cü ildə ABŞ-də vəfat edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026