• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

65 yaşdan yuxarı həkimlər regionlara göndərilir

CƏMİYYƏT

19 Dekabr 2025 | 13:17

65 yaşdan yuxarı həkimlər regionlara göndərilir

“Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 95 140 işçi, 16 096 həkim fəaliyyət göstərir. Ümumi işçilərin 17 faizi kişi, 83 faizi qadındır”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

Onun sözlərinə görə, bununla belə bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir. Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür:
 
“Tətbiqinə başladığımız və böyük maraqla qarşılanan digər layihəmiz isə 65 yaşdan yuxarı həkim heyətinin regionlarda işə qəbulu layihəsidir. Bakı şəhəri üzrə olan tibb müəssisələrində uzun müddətdir fəaliyyət göstərən və artıq 65 yaşı tamam olmuş həkim heyətinin əmək fəaliyyətinin davam etdirilməsi məqsədilə, onların təcrübəsindən səmərəli istifadə edilməsi üçün regionlardakı tibb müəssisələrinə yönləndirilməsi təmin olunub. Bu yanaşma bir tərəfdən həmin bölgələrdə tibbi xidmətə çıxış imkanlarının yaxşılaşdırılmasına, digər tərəfdən isə kadr çatışmazlığının aradan qaldırılmasına mühüm töhfə verib”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR