• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Əhaliyə 85 milyondan çox tibbi xidmət göstərilib

CƏMİYYƏT

19 Dekabr 2025 | 12:49

Əhaliyə 85 milyondan çox tibbi xidmət göstərilib

“2025-ci ilin yanvar-noyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
 
Onun sözlərinə görə, hesabat dövründə pasiyent sayı 5 milyon 164 min 745 nəfər təşkil edib:

"Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. Ümumi müraciətlərin sayı 5 faiz, stasionar tibbi xidmətlər 6 faiz, ambulator xidmətlərin sayı isə 14 faiz artıb. Ümumilikdə, 85 milyon 637 min 469 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü il ilə müqayisədə 13 faiz artıb. Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib”.

İcraçı direktor əlavə edib ki, fizioterapiya xidmətləri üzrə 1 milyon 242 min 334 xidmət, ilkin tibbi-sanitariya yardımı üzrə 5 milyon 8 min 442 xidmət göstərilib.

“Xüsusilə diqqət çəkən sahələrdən biri invaziv radioloji xidmətlər (angioqrafiya) olub. Bu xidmətlər üzrə 4 min 105 prosedur icra edilib ki, ötən ilə nəzərən 37 faiz artım qeydə alınıb. Laboratoriya xidmətləri üzrə 19 faiz artımla 36 milyon 405 min 17 analiz aparılıb”, -deyə Vüqar Qurbanov əlavə edib

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR