• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Həkimlərin maaşları ARTIB

CƏMİYYƏT

19 Dekabr 2025 | 13:18

Həkimlərin maaşları ARTIB

“2020-ci il ilə müqayisədə 2025-ci ildə həkimlərin orta aylıq əməkhaqqısı 1 850 manata çataraq 371 faiz artıb və ölkə üzrə orta əməkhaqqını əhəmiyyətli dərəcədə üstələyib. Bu, həkim əməyinə verilən dəyərin real ifadəsidir. Orta və kiçik tibb heyəti üzrə də əməkhaqları müvafiq olaraq 96, 78 faiz artaraq sabit və proqnozlaşdırılan gəlir səviyyəsinə yüksəlib”.
 
Bakıvaxtı.az
xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

Onun sözlərinə görə, səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir:
 
“Əldə olunan nəticələr göstərir ki, tətbiq edilən həvəsləndirici mexanizmlər, Vahid Tarif Cədvəlinə (VTC) əsaslanan tarif maaşları və şəffaf əməkhaqqı sistemi tibb işçilərinin sosial rifahının yüksəldilməsinə real töhfə verib. Bu artımlar eyni zamanda səhiyyə sistemində kadrların saxlanılmasını, peşəyə marağın artmasını və xidmət keyfiyyətinin yüksəlməsini təmin edib”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR