• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Tramp Səudiyyəni “əsas müttəfiq” elan etdi: Regionda güc balansı dəyişir?

DÜNYA

19 Noyabr 2025 | 13:07

Tramp Səudiyyəni “əsas müttəfiq” elan etdi: Regionda güc balansı dəyişir?

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını “NATO-dan kənar əsas müttəfiq” elan edib.

Bakıvaxtı.az xəbər verir ki, Ağ Evdə keçirilən tədbirdə ABŞ Prezidenti iki ölkə arasında “strateji müdafiə sazişi”nin imzalandığını açıqlayıb.

Bu hadisə regiondakı güc balansına necə təsir edəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqla açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin ABŞ-yə səfəri son yeddi ildə ilk dəfə baş tutduğu üçün xüsusi əhəmiyyət daşıyır və iki ölkə münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir.

"Bu ilin may ayında ABŞ Prezidenti Səudiyyə Ərəbistanına, BƏƏ və Qətərə səfər edərək həmin ölkələrlə ciddi anlaşmalar əldə etmişdi.

Səudiyyə Ərəbistanı ABŞ-nin Yaxın Şərqdə ən vacib müttəfiqlərindən biri hesab olunur. Xüsusən də Donald Trampın son açıqlamalarında bu ölkənin Vaşinqton üçün strateji əhəmiyyət daşıdığı bir daha görünür. Ər-Riyad həm coğrafi mövqeyinə, həm də enerji resurslarına görə ABŞ üçün önəmli tərəfdaşdır. Eyni zamanda ölkədə ABŞ-nin hərbi bazaları yerləşir və Vaşinqton Səudiyyə Ərəbistanına təhlükəsizlik təminatı verir".

Oqtay Qasımov: Bu proses Səudiyyə Ərəbistanının nüfuzunu daha da artıracaq

Müsahibimizin sözlərinə görə, dünənki səfərdə də əsas müzakirə mövzularından biri təhlükəsizlik əməkdaşlığı olub. ABŞ Prezidenti açıqlayıb ki, Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri veriləcək və bu təyyarələrin texniki xüsusiyyətləri İsrailə təqdim edilən modellərlə eyni olacaq:

"Bu, bir tərəfdən Vaşinqtonun İsraili bölgədə əsas müttəfiq kimi saxladığını göstərsə də, digər tərəfdən ABŞ-nin digər tərəfdaşlarını da mümkün təhdidlərdən qorumaqda maraqlı olduğunu təsdiqləyir".

O.Qasımov qeyd edib ki, Səudiyyə Ərəbistanına ən müasir hərbi təchizatın verilməsi ölkənin regional mövqelərini gücləndirəcək. Həmsöhbətimiz bildirib ki, Ər-Riyad üçün xüsusilə İran təhdidinə qarşı dayanmaq və öz müdafiə qabiliyyətini artırmaq həyati əhəmiyyət daşıyır. Onun fikrincə, ABŞ-nin dəstəyinin genişlənməsi isə Səudiyyə Ərəbistanının bölgədəki nüfuzunun daha da artmasına səbəb olacaq.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR