• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

ABŞ-də universitetdə atışma törədən şəxs ölü tapıldı

DÜNYA

19 Dekabr 2025 | 10:42

ABŞ-də universitetdə atışma törədən şəxs ölü tapıldı

ABŞ-nin Braun Universitetində atışma törətməkdə və Massaçusets Texnologiya İnstitutunun professorunu öldürməkdə şübhəli bilinən şəxs Nyu-Hempşir ştatında ölü tapılıb.

Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, polislər ölən şəxsin Braun Universitetinin tələbəsi, 48 yaşlı Portuqaliya vətəndaşı Klaudio Neveş Valente olduğunu müəyyən ediblər. İlkin məlumatlara görə, o, özünə qəsd edib.

İstintaqa görə, Valente həm Braun Universitetində baş verən atışmanı, həm də dekabrın 15-i öz evində güllələnərək öldürülən Massaçusets Texnologiya İnstitutunun professoru Nuno Lureirunun qətlini həyata keçirmiş şəxsdir. Braun Universitetində dekabrın 13-ü baş verən atışma nəticəsində iki nəfər həlak olub, doqquz nəfər yaralanıb.

Daha əvvəl FTB bu cinayətlər arasında əlaqənin olmadığını bildirmişdi, lakin istintaq davam edir./Report


SON XƏBƏRLƏR

18 Dekabr 2025