"Ukraynada alovlanan slavyanlararası münaqişəni Qərb qızışdırıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Ölkənin beynəlxalq arenadakı prioritetlərindən danışa Lukaşenko qeyd edib: "Bəli, biz, Sovet İttifaqının varisləri, çətin günlərdən keçirik. Qərb slavyanlararası münaqişə yaradıb və bu münaqişə Ukraynada müharibəyə çevrilib. Pərdəarxası siyasi proseslərə dərindən girməyəcəyəm, amma əvvəllər dediklərimi təkrarlayacağam: biz ukraynalılara açığıq. Siz yad deyilsiniz!"
Lukaşenkonun sözlərinə görə, belaruslar tarixləri boyunca müxtəlif xalqlarla yanaşı dövlətçiliklərini qurmuşlar: "Əvvəlcə şərqi slavyanlar arasında, daha sonra isə geniş Sovet İttifaqı xalqları ilə birlikdə yaşamışıq. Keçmiş sovet respublikalarından bizə rəsmi səfərə, işgüzar səfərə, qohumlarını ziyarət etməyə və ya tətilə gələn hər kəs bilir: burada onları ailə kimi qarşılayırlar. Bizim əlaqələrimiz sadəcə dostluqdan daha çox şeydir".
Zeynəb Rzayeva
Bakı 




