Rusiya NATO ölkələri ilə hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətlərini yalnız qarşılıqlı əsasda rəsmiləşdirməyə hazırdır.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
O xatırladıb ki, 2021-ci ilin sonlarında Rusiya ABŞ və NATO ilə təhlükəsizlik zəmanəti müqavilələri təklif edib, lakin Vaşinqton və Brüssel o vaxt onları rədd ediblər:
“Rusiya prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, bizim NATO ölkələrinə qarşı heç vaxt aqressiv planlarımız olmayıb və yoxdur. Və biz hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətlərini yalnız qarşılıqlı əsasda rəsmiləşdirməyə hazırıq. Ancaq Şimali Atlantika Alyansı və onun Avropa üzv dövlətləri ölkəmizlə "qaçılmaz" hesab etdikləri silahlı münaqişəyə fəal şəkildə hazırlaşırlar".
Qeyd edək ki, 2021-ci ilin sonunda Rusiya Xarici İşlər Nazirliyi Rusiya, ABŞ və NATO arasında təhlükəsizlik zəmanətləri ilə bağlı müqavilə layihələrini dərc edib. Sənədlərdə alyansın şərqə doğru genişlənməsi və Kiyevin ittifaqa qoşulması, 1997-ci ilin may ayından etibarən yerləşdikləri ölkələrdən kənarda əlavə qoşun və silahların yerləşdirilməsi istisna edilmiş və blokun Ukraynadakı hər hansı hərbi fəaliyyətdən imtina etməsi şərti qoyulmuşdu.
Moskva həmçinin 2008-ci il Buxarest NATO sammitinin Kiyev və Tbilisinin qoşulmasına icazə vermək qərarından rəsmi olaraq imtina etməyin vacibliyini bəyan etmişdi. 2022-ci ildə ABŞ ilə danışıqlardan sonra Rusiya bu zəmanətləri almadı.
Gülşən Şərif
Bakı 




