• Bakı C

    19.11 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Çin Tayvan barədə xəbərdarlıq etdi

DÜNYA

19 Dekabr 2025 | 12:04

Çin Tayvan barədə xəbərdarlıq etdi

"Tayvanı silahlandırmağa yönəlmiş istənilən hərəkət ciddi nəticələrə səbəb olacaq". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun keçirdiyi brifinqdə ABŞ-nin Tayvana rekord həddə, 11 milyard dollar dəyərində müasir silahların satışına icazə vermək qərarını şərh edərkən bildirib.

O qeyd edib: "Çinin əsas maraqları müqəddəsdir və Tayvan məsələsi xarici müdaxiləyə məruz qalmamalıdır. Çinə qarşı qırmızı xətti keçmək olmaz. Tayvanın müstəqilliyi və Tayvan boğazında sülh bir-biri ilə uyğun gəlmir. Adanın silahlandırılması üçün edilən hər hansı bir addım ciddi nəticələrə səbəb olacaq".

Aynur Babazadə


SON XƏBƏRLƏR

03 Fevral 2026