• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır - Rusiya üçüncüdür

DÜNYA

19 Dekabr 2025 | 12:26

Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır - Rusiya üçüncüdür

2025-ci ilin yanvar-noyabr aylarında Gürcüstan və Rusiya Federasiyası arasında ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,4% artmaqla 2,388 milyard dollardan çox təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb. 

Qeyd edilib ki, Rusiya Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşıdır və bu, ölkənin ilk 11 ayda xarici ticarətinin 10,3%-ni təşkil edir. Yanvar-noyabr ayları ərzində Gürcüstanın Rusiyaya ixracı 672 milyon dolları (illik müqayisədə 6,4% artım), idxalı isə 1,7 milyard dolları (5% artım) keçib.

Türkiyə yanvar-noyabr aylarında Gürcüstanın ticarət tərəfdaşları arasında birinci yeri tutub və ticarət həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5% az olmaqla 2,7 milyard dolları keçib. ABŞ isə ticarət dövriyyəsinin ötən ilki göstəricilərdən 29% çox, 2,5 milyard dolları keçərək ikinci yeri tutub.

2025-ci ilin yanvar-noyabr ayları arasında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 23 milyard dolları (artım 9,5%) keçib. İxrac 6,6 milyard dollar (artım 10,1%), idxal isə 16,6 milyard dollar (artım 9,3%) təşkil edib. 2025-ci ilin ilk 11 ayı ərzində mənfi xarici ticarət saldosu 9,9 milyard dolları keçib. 

Zeynəb Rzayeva


 


SON XƏBƏRLƏR