ABŞ Silahlı Qüvvələri Sakit Okeanın şərq hissəsində narkotik daşıdığı iddia edilən iki gəmiyə zərbə endirib.
Bakıvaxtı.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı “X”sosial şəbəkəsində yazıb.
Komandanlıq paylaşımda qeyd edib: "Kəşfiyyat gəmilərin Şərqi Sakit Okeanda məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca tranzit hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatları ilə məşğul olduğunu təsdiqləyib".
Bildirilib ki, nəticədə 5 nəfər həlak olub.
ABŞ hərbçilərindən heç biri zərər görməyib.
Gülşən Şərif
Bakı 




