• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Antibiotiklərdən əksər zaman düzgün istifadə olunmur - Təyyar Eyvazov

CƏMİYYƏT

19 Noyabr 2025 | 15:11 | Müəllif: Zeynəb Rzayeva

Antibiotiklərdən əksər zaman düzgün istifadə olunmur - Təyyar Eyvazov

"Antibiotik bakterial infeksialarla mübarizə üçün istifadə olunan dərman preparatıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, antibiotiklər mütləq mütəəssis tərəfindən təyin edilməlidir. T.Eyvazov deyib ki, antibiotikdən düzgün istifadə edilmədikdə müxtəlif hormonlar mutasiyaya uğraya bilir:

"Antibiotikin düzgün istifadə qaydalarına həm pasient, həm də həkim tərəfindən ciddi əməl olunmalıdır. Cəmiyyətdə üzləşə biləcəyimiz mikroorqanizmlərdən qorunma üçün də bu, vacibdir. Antibiotikin düzgün dozalandırılması, müalicənin müddəti əsas prioritetdir. Fasilə olarsa, mikrob dərmana qarşı dözümlülük qazanmış olur. Həmçinin yan təsirlər nəzərə alınmalıdır".

İnfeksionist bildirib ki, antibiotiklərdən əksər zaman düzgün istifadə olunmur:

"Bu isə çox zaman həkim səhvlərindən qaynaqlanır. Yalnız bakterial infeksiya üçün əsaslı fakt olarsa, müalicəyə başlanmalıdır".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026