Dekabrın 18-də müxtəlif dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Hərracda ümumilikdə 17 nəqliyyat vasitəsi satışa təqdim olunacaq.
Bakıvaxtı.az Valyuta.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında Xarici İşlər Nazirliyinin balansında olan 2014-cü il buraxılışlı "Honda Akkord" 9 000 manat start qiyməti ilə, 2011-ci il buraxılışlı "Nissan Tiana" isə 8 500 manat start qiyməti ilə satışa çıxarılıb.
Eyni zamanda, BMV 528i 14 000 manat, BMV 740Li isə 12 500 manat start qiyməti ilə təklif olunur. Avtomobillər müvafiq olaraq 2012-ci və 2014-cü illərə aiddir.
Digər qurumlar tərəfindən təqdim olunan nəqliyyat vasitələri arasında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən satışa çıxarılan "Hunday Kounti" (2003-cü il, 9 700 manat) və "İsuzu Ekobus" (2012-ci il, 13 300 manat) avtobusları da yer alır.
Hərracda, həmçinin yük və xüsusi təyinatlı avtomobillər də var. "Azəristiliktəchizat" ASC-yə məxsus 1989-cu il buraxılışlı UAZ-3741 1 300 manata, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Zuğulba" iqamətgahının balansındakı 2006-cı il buraxılışlı "ZiL-433362" isə 4 700 manat start qiyməti ilə təklif olunur.
Hərracda iştirak etmək üçün start qiymətinin 10%-i qədər beh ödənilməsi tələb olunu
Bakı 



