• Bakı 16° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Doktorantura və dissertantura üçün xarici dil fənnindən imtahanların vaxtı açıqlanıb

CƏMİYYƏT

19 Noyabr 2025 | 16:47

Doktorantura və dissertantura üçün xarici dil fənnindən imtahanların vaxtı açıqlanıb

24 noyabr 2025-ci il tarixində keçiriləcək danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.

İştirakçılar danışıq bloku üzrə kompüter proqramının “demo” versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:

https://xaricidil.dim-webinar.info/

Namizədlərə danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.


SON XƏBƏRLƏR