Dövlət büdcəsindən subsidiyaların verilməsi üçün aydın və konkret qaydalar müəyyənləşdirilməlidir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
O qeyd edib ki, gələn il büdcə xərclərinin strukturunda nəzərdə tutulan dəyişikliklər əsasən uçot siyasəti ilə bağlıdır və təsərrüfat hesablı müəssisələrin əməliyyatlarının xəzinə vasitəsilə aparılması nəzarətin güclənməsinə, həmçinin vəsaitlərin daha səmərəli planlaşdırılmasına xidmət edəcək.
Gülməmmədovun sözlərinə görə, bu yanaşma dövlət sifarişi mexanizminə də yenidən baxılmasını zəruri edir və subsidiyalar üzrə meyarların olmaması müəyyən risklər yaradır.
Əli Hüseynov
Bakı 



