• Bakı C

    10.34 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Cəbrayıl və Füzulidə yanğın başladı - Kəndlərə yayılır - YENİLƏNİB

HADİSƏ

08 Yanvar 2026 | 08:47

Cəbrayıl və Füzulidə yanğın başladı - Kəndlərə yayılır - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

00:16

Cəbrayıl və Füzuli rayonlarında yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayan yanğın Füzuli rayon Qazaxlar Mirzənağılılar kəndi ərazilərinə yayılıb. 

Yanğın sərhəd boyunca genişlənməyə davam edir.

Əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonundan isə 2 yanğınsöndürın avtomobili şəxsi heyətlə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


SON XƏBƏRLƏR

08 Yanvar 2026