• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Rusiyanın casus gəmisi Britaniya sularına yaxınlaşıb

DÜNYA

19 Noyabr 2025 | 16:09

Rusiyanın casus gəmisi Britaniya sularına yaxınlaşıb

Rusiyanın “Yantar” casus gəmisi Şotlandiyanın şimalında, Britaniya dövlət sularının yaxınlığında kəşfiyyat fəaliyyəti aparır.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili parlamentdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, “Yantar” gəmisində olan şəxsi heyət fəaliyyətlərini havadan izləyən Britaniyanın kəşfiyyət təyyarəsinin işinə əngəl olmaq məqsədilə pilotlara lazer tuşlayır.

Müdafiə naziri “Yantar”ın cənuba doğru hərəkəti davam etdirəcəyi təqdirdə lazımı tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

“Bu, Rusiya donanmasının bir hissəsidir. Bu, sadəcə olaraq dəniz əməliyyatı deyil, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəsi adlandırdığı qurum tərəfindən idarə olunan proqramın tərkib hissəsidir. Həmin proqramın məqsədi sülh dövründə müşahidə aparmaq, münaqişə zamanı isə diversiya həyata keçirməkdir”,-deyə nazir bildirib.


SON XƏBƏRLƏR