• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

HP: İnflyasiya üzrə ssenarilər açıqlanmalıdır

İQTİSADİYYAT

19 Noyabr 2025 | 14:00

HP: İnflyasiya üzrə ssenarilər açıqlanmalıdır

Hesablama Palatası “Büdcə zərfi”ndə yalnız neft qiyməti ssenarilərinə əsaslanan fiskal göstəricilərin izah edilməsini kifayət hesab etmir və sənəddə qeyri-neft sektoru ilə bağlı risklərin, həmçinin inflyasiya üzrə ssenarilərin də açıqlanmasını vacib sayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı il büdcə layihəsinin müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, gələn il dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan 194 layihənin ümumi dəyəri 17,7 mlrd. manatdır və həmin vəsaitin bir qismi beynəlxalq kreditlər hesabına qarşılanacaq.

2026-cı ildə dəyəri 2 mlrd manat olan 100 layihənin tamamlanması üçün 661,5 mln manat ayrılması planlaşdırılır.

Cari ilin 9 ayı üzrə əsaslı xərclərin icrası isə cəmi 13 % təşkil edərək büdcə icrasından xeyli geri qalıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR