Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində 10 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib.
Yaralılardan 12-si uşaqdır.
"Mənzillərdən sakinlərin təxliyəsi davam edir. Dağıntılar altında insanlar qalıb", - məlumatda qeyd olunub.
Məlumata görə, noyabrın 19-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ternopola dron və raketlərlə zərbə endirib.
Bakı 



