• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Xaçaturyan: Sülh Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək

SİYASƏT

19 Noyabr 2025 | 16:29

Xaçaturyan: Sülh Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülhün təmin edilməsi, həmçinin regional layihələrin həyata keçirilməsi Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, gürcü həmkarı Mixail Kavelaşvili ilə birgə brifinqdə bildirib.

V.Xaçaturyan bildirib ki, Kavelaşvili ilə regional məsələləri, avqustun 8-də Vaşinqtonda paraflanmış Bakı və İrəvan arasında sülh sazişinin müddəalarını və iqtisadi gündəliyi müzakirə edib.

"Suverenlik və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız çox vacibdir. Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün qurulması, həmçinin müvafiq layihələrin həyata keçirilməsi Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək. Rifahın təmin edilməsi bizim ortaq məsuliyyətimizdir. Biz Gürcüstan-Ermənistan əlaqələrinin daha da dərinləşməsi üçün bütün səylərimizi göstərəcəyik", - o bildirib.


SON XƏBƏRLƏR