Xalq artisti Roza Cəlilova "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.
Qeyd edək ki, Roza Cəlilova ilə vida mərasimi Təzəpir məscidində keçirilib.
***
15:08
Xalq artisti xoreoqraf-baletmeyster Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əmakdaşları və media mənsubları iştirak ediblər.
Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.
***
14:00
Xalq artisti xoreoqraf-baletmeyster Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əmakdaşları və media mənsubları iştirak edirlər.
***
13:22
Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib.
O qeyd edib ki, nənəsi vəsiyyətinə əsasən II Fəxri xiyabanda deyil, Qurd qapısı qəbiristanlığında – qardaşının yanında dəfn olunacaq.
Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.
***
12:08
Xalq artisti Roza Cəlilova II Fəxri xiyabanda dəfn olunacaq
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib.
***
10:19
Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib
Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə - Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb.
Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
















