• Bakı 17° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Emin Mahmudov ən yaxşılar sırasında

İDMAN

19 Noyabr 2025 | 19:41 | Müəllif: Subhan Mahmudov

Emin Mahmudov ən yaxşılar sırasında

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində topu rəqibdən geriqaytarma göstəricilərinə görə ən yaxşı oyunçular sırasındadır.

Bakıvaxtı.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi altı oyunda 21 dəfə topa müdaxilə edərək onu rəqibdən alıb.

O, bu göstəricidə İslam Çesnokov (Qazaxıstan) və Aleksander Satariano (Malta) ilə eyni nəticəyə malikdir. Lakin onlar bu nəticəyə səkkiz oyunda nail olublar.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində D qrupunda Fransa 13 xalla lider olub, Ukrayna 10 xalla ikinci, İslandiya 7 xalla üçüncü, Azərbaycan isə 1 xalla sonuncu yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR