• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Müsabiqəli satınalmaların payı artıb

İQTİSADİYYAT

19 Noyabr 2025 | 13:52

Müsabiqəli satınalmaların payı artıb

Hesablama Palatası 2025-ci ildə dövlət satınalmalarının icrasında əvvəlki illərlə müqayisədə daha çevik tendensiyanın müşahidə edildiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayında müsabiqə əsaslı satınalmaları həyata keçirən 1 000-dən çox təşkilatın təxminən 60 %-i prosesə 2-ci rübdən, 30 %-i isə 3-cü rübdən başlayıb. Bu isə əvvəlki illərlə müqayisədə satınalmalara gec başlayan təşkilatların sayının təxminən 20 % azalması deməkdir.

V.Gülməmmədov bildirib ki, yeni Qanunun tətbiqi satınalma mexanizmlərinin şəffaflığını artırıb və dövlət sifarişlərinin daha erkən mərhələdən planlaşdırılmasını təmin edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR