• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Tədiyə balansındakı profisit valyuta ehtiyatlarının artımını sürətləndirib

İQTİSADİYYAT

19 Noyabr 2025 | 13:51

Tədiyə balansındakı profisit valyuta ehtiyatlarının artımını sürətləndirib

2025-ci ildə Azərbaycanın tədiyə balansında müşahidə olunan profisit ölkənin strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, ilin ilk 6 ayında cari əməliyyat balansının profisiti 2,3 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3 %-i deməkdir. 10 ayın yekununda xarici ticarət balansı 2,4 milyard dollar müsbət saldo ilə bağlanıb və ilin sonunda cari əməliyyatlar hesabı üzrə profisitin 3,7 milyard dollara çatacağı gözlənilir.

AMB rəhbəri qeyd edib ki, xarici sektor göstəricilərindəki bu müsbət meyillər valyuta təklifinin artımını təmin etməklə strateji ehtiyatların rekord həddə yüksəlməsinə şərait yaradıb. Belə ki, 2025-ci ilin 10 ayında ölkənin strateji ehtiyatları 82,5 milyard dollara qədər artıb.

Bankın öz ehtiyatları isə 11,4 milyard dollara çataraq son üç ildə 45,7 %-lik artım nümayiş etdirib. T.Kazımov bildirib ki, pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılması üçün monetar şərait vasitəsilə idarə olunmağa davam edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR