Yaponiyanın cənubundakı Oita sahil şəhərində baş verən güclü yanğın nəticəsində 170 bina zərər çəkib.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin ictimai yayımı “NHK”nın məlumatına görə, yanğın hələ də davam edir. Yanğınsöndürənlərin səylərinə baxmayaraq meşədə yanğın geniş yayılıb.
Yanğın nəticəsində bir qoca itkin düşüb, 100-dən çox insan təxliyə edilib.
Çərşənbə axşamı gecəsi çəkilmiş videolarda yanğınsöndürənlərin evləri dağıdan nəhəng alovları söndürdükləri, insanların evakuasiya mərkəzinə aparıldığı əks olunub.
Aydın Baxış
Bakı 



