Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Sos kəndinə çatıb, sakinlərə açarlar təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Sos kəndinə köçürülən ailələrin sayı 39-a (158 nəfər) çatıb.
***
14:35
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Sos kəndinə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, qəsəbəyə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 20 ailə (80 nəfər) köçürülüb.
Bakı 




