Cari ilin 10 ayı ərzində Milli Ödəniş Sistemində ümumilikdə 663,7 milyard manatlıq və 123 milyon əməliyyat həyata keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu parlamentdə büdcə müzakirələri zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov açıqlayıb.
O qeyd edib ki, elektron ticarət üzrə əməliyyatların sayı 46,7%, dövriyyəsi isə 32,7% artış göstərib.
AMB sədrinin sözlərinə görə, nağdsız ödənişlərin payı isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz bəndi artaraq 67,5%-ə yüksəlib.
Əli Hüseynov
Bakı 



