2026-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf çərçivəsində idarə olunması olacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, inflyasiyanın hədəf daxilində saxlanması həm iqtisadi artımın dayanıqlığı, həm də maliyyə sabitliyi üçün zəruridir. Bu məqsədlə monetar sahədə islahatlar davam etdiriləcək, inflyasiya amilləri və maliyyə bazarındakı proseslərin təhlili daha da dərinləşdiriləcək. Mərkəzi Bank pul siyasətində əsas diqqəti tələb yönlü inflyasiya amillərinin idarə edilməsinə yönəldəcək, təklif istiqamətində isə hökumət strukturları ilə birgə fəaliyyət göstəriləcək.
AMB-nin yenilənmiş proqnozuna görə, 2026-cı ildə illik inflyasiya 5,7 % səviyyəsində gözlənilir, məzənnə sabitliyi isə qiymət sabitliyinin başlıca dayağı kimi çıxış edəcək.
Əli Hüseynov
Bakı 


jpg-1763546158.jpg)
