• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Bakıda yataqxanada yanğın: 3 nəfər təxliyə edildi

HADİSƏ

19 Noyabr 2025 | 11:40

Bakıda yataqxanada yanğın: 3 nəfər təxliyə edildi

Bakıda yataqxanada yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-nin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən otaqda baş verdiyi müəyyən olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın genişlənərək digər otaqlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 18kv.m olan bir otağın və eyvanın yanar konstruksiyaları və ev əşyaları yanıb. Digər otaqlar yanğından mühafizə edilib.

Xilasedicilər tərəfindən hadisə zamanı 3 nəfər bina sakini təxliyə edilib.


SON XƏBƏRLƏR

18 Noyabr 2025