• Bakı C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

İki yük avtomobili toqquşdu

HADİSƏ

19 Dekabr 2025 | 10:55

İki yük avtomobili toqquşdu

Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə "Ford" markalı yük avtomobili "KAMAZ" markalı yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı "FORD" deformasiya uğrayıb. Dərhal hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin Xususi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib.

Avtmobildə  sıxılmış vəziyyətdə qalmış sürücü 1990-cı il təvəllüdlü A.Cəfərov xilasediciləri tərəfindən çıxarılıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

18 Dekabr 2025