• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatıb

İQTİSADİYYAT

19 Noyabr 2025 | 13:49

Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları ən yüksək həddə yüksələrək ölkənin iqtisadi gücünü və maliyyə sabitliyini daha da möhkəmləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələri zamanı məlumat verib.

AMB sədrinin sözlərinə görə, 2025-ci ilin 10 ayında ölkənin xarici ticarət balansı 2,4 milyard ABŞ dolları həcmində müsbət saldo ilə formalaşıb. Cari əməliyyat balansının ilin sonunda 3,7 milyard dollar profisitlə tamamlanacağı proqnozlaşdırılır.

T.Kazımov bildirib ki, makroiqtisadi sabitlikdəki müsbət dinamika strateji ehtiyatların da artımına töhfə verib. Belə ki, 2025-ci ilin yanvar-oktyabr ayları üzrə ölkənin strateji valyuta ehtiyatları 16,2 % yüksələrək 82,5 milyard dollara çatıb. AMB-nin ehtiyatları isə 3 ilin müqayisəsində 45,7 % artaraq 11,4 milyard dollar təşkil edib.

Hazırda mövcud ehtiyatlar Azərbaycanın 37 aylıq mal və xidmət idxalını tam qarşılamağa imkan verir.

Əli Hüseynov


SON XƏBƏRLƏR