• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Uşaqlara özbaşına antibiotik verilməsi çox ciddi risklidir - İnfeksionist valideynlərə SƏSLƏNDİ

CƏMİYYƏT

19 Noyabr 2025 | 15:21

Uşaqlara özbaşına antibiotik verilməsi çox ciddi risklidir - İnfeksionist valideynlərə SƏSLƏNDİ

"Uşaqlarda antibiotik təyini yaşa yox, çəkiyə görə tənzimlənir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.

İnfeksionist deyib ki, uşaqların orqanizmi daha kövrək olduğundan, daha diqqətli olmaq lazımdır.

Onun sözlərinə görə, antibiotiklərin saxlanma şəraiti, dərmanın keçərlilik müddəti nəzərə alınmalıdır.

"Uşaqlarda qızdırma halları daha çox viral infeksiyalardan olur. Belə hallarda valideynlər özləri antiotikdən istifadə edilər. Bu isə yanlışdır. Antibiotikin qızdırmanı aşağı salma funksiyası yoxdur. Həkim təyinatı olmadan uşaqlara antibiotik qəbul etdirmək çox ciddi riskdir", - deyə Təyyar Eyvazov qeyd edib

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR