2025-ci ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 300 min 73 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla ("kupça") təmin edilib.
Bakıvaxtı.az xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 57 min 614-ü (19.2 %) ilkin, 242 min 459-u (80.8 %) isə təkrar qeydiyyatın payına düşür.
Bu dövrdə fərdi yaşayış və bağ evi üzərində - 58 min 587, mənzil - 78 min 92, torpaq sahəsi - 152 min 521, qeyri-yaşayış binası - 2 min 592, qeyri-yaşayış sahəsi - 7 min 564, əmlak kompleksi - 616, çoxmərtəbəli yaşayış binası - 98 və çoxillik əkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84 min 431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Yanvar-oktyabr ayları ərzində 214 min 701 texniki pasport tərtib edilib, 51 min 753 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Bakı 




