• Bakı 11° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Növbəti köç karvanı Qırmızı Bazara çatdı – YENİLƏNİB

CƏMİYYƏT

19 Noyabr 2025 | 16:16

Növbəti köç karvanı Qırmızı Bazara çatdı – YENİLƏNİB

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb, sakinlərə açarlar təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmçilçiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələrin sayı 51-ə (199 nəfər) çatıb.

***

14:08

Xocavəndin Qırmızı Bazar ərazisi və Sos kəndinə növbəti köç karvanları yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 21 ailə - 89 nəfər və Sos kəndinə 20 ailə - 80 nəfər köçürülür.

 


SON XƏBƏRLƏR