• Bakı C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

"Zirə" Rumıniya klubu ilə heç-heçəyə razılaşdı

İDMAN

12 Yanvar 2026 | 19:37

Zirə Rumıniya klubu ilə heç-heçəyə razılaşdı

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Çiksereda” komandası iə üz-üzə gəlib. 

Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. “Zirə”nin qollarını 10-cu dəqiqədə Namik Ələskərov, 17-ci və 45-ci dəqiqələrdə isə penaltidən Rövlan Muradov vurub. 

"Zirə" qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. "Çiksereda" isə Rumıniya Superliqasında 16 xalla 14-cüdür.

Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın “Oleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR