• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pezeşkian nümayişlərə qatıldı - VİDEO

DÜNYA

12 Yanvar 2026 | 20:03 | Müəllif: Subhan Mahmudov

Pezeşkian nümayişlərə qatıldı - VİDEO

İran Prezidenti Məsud Pezeşkian Tehranda etiraz aksiyalarına qarşı təşkil edilən genişmiqyaslı hökumətyönlü nümayişdə iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, ölkə başçısı paytaxtın mərkəzində yerləşən “İnqilab” meydanına gələrək aksiya iştirakçılarına qoşulub.

Prezidentlə bərabər, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi də meydanda nümayişçilər arasında yer alıblar.

Qeyd edək ki, parlament sədri Qalibaf aksiyada çıxış edərək son etirazları pisləyib və nümayişçilərə qarşı sərt mövqe nümayiş etdirib.

Xatırladaq ki, hökumətyönlü mitinqlər təkcə Tehranda deyil, həm də bir çox digər iri şəhərlərdə keçirilib. Nümayişçilər dövlətə sadiqliklərini ifadə edərək iğtişaşlara son qoyulmasını tələb ediblər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026